Operativ Məlumat Mərkəzi

Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib

1 dəq
Paylaş:
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib

Ermənistan parlamentinin deputatları respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini ikinci və yekun oxunuşda qəbul ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qanunvericilik iclası Ermənistan televiziya kanalları ilə canlı yayımlanıb.

“Qanun layihəsinin qəbul edilməsinə 64 deputat, 7 deputat əleyhinə səs verib və qərar qəbul edilib”,- deyə parlamentin sədri Alen Simonyan bildirib.

Ən böyük müxalifət qrupu olan Ermənistan (Hayastan) səsvermədə iştirak etməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər