Ermənistanın Baş naziri Nikol Paşinyanın "France 24" telekanalına müsahibə verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o qeyd edib ki, Ermənistanın Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı dondurulur.
"Bizim ərazimizdə qanunsuz hərəkətlər yolverilməzdir və İrəvanın tələbləri cavabsız qalsa, nəticələr olacaq. Ermənistanın Moskvanın təsirinin üstünlük təşkil etdiyi KTMT-də iştirakı dondurulub. Rusiyanın Ermənistandakı hərbi bazasının qorunması məsələsinə hazırda baxılmır".