“Ermənistan cəzasını almalıdır”-ŞƏRH

“Ermənistan cəzasını almalıdır”-ŞƏRH
18.11.2023 18:03
Aa
dəq

Qərbi Avropa ölkələri uzun müddətdir ki, faktiki olaraq birqütblü dünyanın Amerika tərəfindən idarə olunması üçün hər zaman köməkçi rol oynayıblar. Bu da əslində əbəs deyil. Çünki dünyanı idarə edən müəyyən güclər, özlərinin təhlükəsizliklərini okeanın o tayında görürlər və okeanın o tayında Avropada köç etməsindən sonra artıq beynəlxalq münasibətlərdə Vaşinqtonun mərkəzi güc olmaq şərtilə dünya proseslərini istiqamətləndirməyə başladılar.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov bildirib.

"Burada əsas istiqamətlərdən biri Avropanın Amerikaya necə yaxınlaşması idi. Həmin o güclərin dünyanı idarə etmək üçün beynəlxalq proseslərdə məqsədlərinə çatmaq üçün mütləq şəkildə Avrasiyanın ürəyi sayılan, Amerikaya yaxın Qərbi Avropa ölkələrindən başlamaq lazım idi. Buradan biz görürük ki, Birinci Dünya Müharibəsi nəticəsində Amerika viran ölkəyə çevrildi. İkinci Dünya Müharibəsi dövründə isə dollar dünyəvi bir valyuta olmağa başladı. 

Tədricən, əlbəttə ki, bu yaxud digər şəkildə dünyadakı siyasi prosesdə həmin o istəkləri ilə cərəyan etməyə başlandı. Burada əlbəttə ki, Qərbi Avropada Avropa İttifaqının qurulması, eyni zamanda, Qərbi Avropada və daha sonra Avropanın digər bölgələrində NATO-nun təşkil edilməsini gördük. Həm NATO, həm də Avropa İttifaqı məhz elə Amerikanın diktəsi altında bu günün özündə də fəaliyyət göstərən bir təşkilatlara çevrildilər. Təbii ki, Amerikanın ayrı-ayrı ölkələrin regional deyil, artıq böyük dünyaya sahiblənməsini arzuladığı bir istiqamətlərdə hər dəfə Avropa İttifaqı və NATO Amerika Birləşmiş Ştatların köməyinə çatırdı. 

Fransanın burada apardığı mövqe bölgəni silahlandırmaq və bölgədə özünə uyğun olan şərait yaratmaqdan ibarətdir. Bu, əlbəttə ki, birbaşa olaraq Azərbaycanın maraqlarına və təhlükəsizliyinə təhdiddir. Eyni zamanda region ölkələri üçün yeni çağırışlar deməkdir ki, belə hallara yol vermək olmaz. Düşünürəm ki, Ermənistan öz cəzasını yaxın vaxtlarda almalıdır".

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu