"Təxribatların əsası Ermənistanda qoyulub" - Ekspert

"Təxribatların əsası Ermənistanda qoyulub" - Ekspert
11.04.2023 19:15
Aa
dəq

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı bütün mümkün addımlar atılır. Lakin belə halların baş verməsi bu prosesin qarşısını alır.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

"Təbii ki, Emənistan bu münaqişənin həlli ilə bağlı Qərbin aktivləşdiyi bir dövrdə Azərbaycan dövlət sərhəddində bu qarşıdurmanın baş verməsi təsadüfi deyil.

Düşünürəm ki, mövcud vəziyyətdə Rusiya faktoru xüsusi rol oynayır. Çünki KTMT-nin qüvvələrinin sərhəd bölgəyə gətirilməsi məsələsi var. Unutmayaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı ABŞ-də səfərdədir. Vaşinqtonda da Ermənistan-Azərbaycan nümayəndələrinin rəsmi görüşü keçirilir. Bunların hamısı onu deməyə əsas verir ki, mövcud vəziyyətdə hazırda münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olmayan çox güclü qüvvələr var. Bu yol isə hələki rəsmi Moskvaya gedir. Təbii ki, İran da məsələnin qısa bir zamanda həll olunmaması məsələsində maraqlıdır.

Ümumilikdə belə demək olar ki, təxribatların əsası Ermənistanda qoyulub, Azərbaycan bu təxribatda rol almır. Ermənistan bu təxribatların rüşeymidir və hər dəfə olduğu kimi münaqişənin həll yolu ilə bağlı müəyyən maneələr yaradır".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu