Əsas məzmuna keç

Ermənistan 5 ölkədən modul nüvə stansiyası təklifi aldı

Ermənistan 5 ölkədən modul nüvə stansiyası təklifi aldı

Rusiya, ABŞ, Fransa və Çinin İrəvana yeni AES layihələri məlum oldu. Nikol Paşinyan hökumətinin 2036-cı il hədəfi və seçim prosesindəki kritik detallar burada.

en ru

, ABŞ, Fransa, Çin və Cənubi Koreyadan stansiyaları layihələri ilə bağlı təkliflər alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, modelin seçimi ilə bağlı yekun qərar hələ verilməyib, lakin qərar bu il və ya 2027-ci ildə verilə bilər.

Seçilən modeldən asılı olaraq Ermənistanın hansı ölkə ilə işləyəcəyinə qərar veriləcək, çünki modul nüvə elektrik stansiyaları sistemləri əvvəllər geniş şəkildə tətbiq olunmayıb və əlavə tədqiqatlara ehtiyac var .

Xatırladaq ki, 2023-cü ildə Ermənistan hökuməti Ermənistan Atom Elektrik Stansiyasının ömrünü 2036-cı ilə qədər uzatmaq qərarına gəlmişdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın 2036-cı ilə qədər modul nüvə elektrik stansiyası tikməyi planlaşdırdığını bildirərək, bu məsələ ilə bağlı bir sıra ölkələrlə danışıqların aparıldığını vurğulamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…