Əsas məzmuna keç

Ermənilərin yeni fişinq hücumları müəyyən edilib

Ermənilərin yeni fişinq hücumları müəyyən edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumlarını...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) erməni haker qruplarının vətəndaşlarına qarşı yeni hücumlarını müəyyən edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.

"Vətəndaşları bu cür hallara qarşı ayıq sayıq olmağa, biletləri yalnız rəsmi nöqtələrindən və rəsmi satış veb saytlarından əldə etməyə çağırırıq", - deyə Dövlət Xidməti bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…