Əsas məzmuna keç

Albert Aqarunovun vurduğu tank Hərbi Qənimətlər Parkına gətirilib

Albert Aqarunovun vurduğu tank Hərbi Qənimətlər Parkına gətirilib

Ermənilərin Birinci müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hazırda texnika nümayiş olunması üçün parkda yerləşdirilir.

Qarabağda qanunsuz yerləşdirilmiş silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticədində tankın yerləşdiyi ərazi Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika orada götürülüb.

Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Aqarunov tərəfindən yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…