Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, erməni əsilli şəxslər Xankəndidən gəlib, Ermənistanın Gorus rayonu istiqamətinə keçib.
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 9 avtomobildə 30-dək erməni əsilli şəxsin "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçidi təmin edilib. Bundan başqa, bu gün 60-dan çox erməni əsilli şəxsin Qarabağdan çıxaraq Ermənistana gedəcəyi gözlənilir.
Beləliklə, gün ərzində ümumilikdə 100 nəfərədək erməninin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidi gözlənilir.