Ermənilər Livanın paytaxtı Beyrutda türk yük maşınını saxlayıb və üzərində türk yazısı olan brezenti cıraraq üzərinə boya atıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onlar Türkiyənin Azərbaycan Respublikasına dəstək siyasətinə etiraz olaraq bunu ediblər.
Xatırladaq ki, avqustun 31-də Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.