Operativ Məlumat Mərkəzi

Erməni din xadimi: Koçaryanın baş nazir postuna namizədliyi müzakirə olunmayıb

1 dəq
Paylaş:
Erməni din xadimi: Koçaryanın baş nazir postuna namizədliyi müzakirə olunmayıb
bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın namizədliyinin irəli sürülməsi məsələsi...

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirə etmədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil.

Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortaya atıblar.

Keçmiş Ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər