Operativ Məlumat Mərkəzi

Erik ten Haq Maquayrın oyunundan danışıb

1 dəq
Paylaş:
Erik ten Haq Maquayrın oyunundan danışıb
Maquayr 2019-cu ilin avqustunda “Lester”dən “Yunayted”ə keçib. Transfer məbləği 87 milyon avro təşkil edib.Oyunçunun klubla müqaviləsi 2025-ci ilin...

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının 11-ci turunda "Fulhem"lə oyundan (1:0) sonra müdafiəçi Harri Maquayrın çıxışından danışıb.

"Maquayr əla oyun keçirdi. Əla performans. O, liderlik nümayiş etdirdi və həm topla, həm də topdan kənarda çox yaxşı idi. Harrinin performansından çox razıyam", - deyə Ten Haq deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Maquayr 2019-cu ilin avqustunda “Lester”dən “Yunayted”ə keçib. Transfer məbləği 87 milyon avro təşkil edib.Oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Maquayr doqquz oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər