Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqton sammiti çərçivəsində əldə edilmiş razılaşmaları müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində məlumat verib.
"ABŞ Prezidenti Donald Trampın 8 avqustda keçirdiyi Ermənistan və Azərbaycan arasındakı görüşü və yaranan ümidləri müzakirə etdik. Bütün sərhədlərin yenidən açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verəcək irəliləyişin davam etməsi vacibdir", - deyə Makron Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələri barədə yazıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa tərəfinin təşəbbüsü ilə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.
Danışıq zamanı Rusiya-Ukrayna sülh prosesi və Qəzzadakı son vəziyyət müzakirə olunub.