"Ərdoğanın qalib gəlmə ehtimalı daha real görünür" - Ekspert

"Ərdoğanın qalib gəlmə ehtimalı daha real görünür" - Ekspert
15.05.2023 15:01
Aa
dəq

“Türk xalqının iradəsi yüksək iradədir və bu, türkiyəlilər üçün ən müqəddəs məqam sayılan Türkiyə Böyük Millət Məclisinin yenidən şəkilləşməsində özünü göstərdi”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə  açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

Ekspert qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin təşkilində xalq öz iradəsini ortaya qoydu və hansısa maraqlar deyil, məhz xalqın marağlarının üstün olduğunu sübut etdi.

“Seçki prosesinin gedişini yüksək səviyyədə qiymətləndirirəm. Türk xalqının iradəsi yüksək iradədir və bu, türkiyəlilər üçün ən müqəddəs məqam sayılan Türkiyə Böyük Millət Məclisinin yenidən şəkilləşməsində özünü göstərdi. Və seçici fəallığı da Avropanın istənilən ölkəsindən yüksək idi və yüksək keyfiyyət ortaya qoyuldu. Seçkilərin gedişindən bəhs etdikdə isə daha əvvəldən seçki prosesini yaxından izləyirdik və əvvəl də dediyim kimi, Azərbaycan məsələsi seçkilərin həlledici xətti olacaqdı. Bu mənada hər iki namizədin ikinci tura qalması, məhz Azərbaycan əsilli namizəd Sinan Oğanın 5%-lik baryeri keçməsi nəticəsində oldu. Və düşünürəm ki, seçkilərə Azərbaycan nöqteyi-nəzərdən baxsaq dərhal qeyd etməliyəm ki, 17 nazirin 16-sı Parlament seçkilərində iştirak etdi və qalib gəldi. Həmin 16 nəfər Azərbaycanın dostudur. İkinci məsələ isə Mövlud Çavuşoğlu, Hulusi Akarın TBMM-də təmsil olmasını böyük avantaj olaraq qeyd edirik. Oranı həmin şəxslərə görə, Azərbaycan məclisi, Qarabağ məclisi adlandırırıq.

Əziz Əlibəyli qeyd edib ki, dünyada sağ idealogiya yüksəlişdədir və gələcəkdə Türkiyə də öz siyasətini bu yöndə quracaq.

"Digər önəmli məsələ isə dünyada sağ idealogiyanın, milliyyətçiliyin yüksəlişidir. Türkiyədə anket sorğularında Milliyyətçi Hərəkat Partiyası 5% səs yığmışdı. Lakin seçkilərdə 10%-lik həddi keçməsi ciddi bir sürpriz oldu. Hesab edirəm ki, bu seçkilər Türkiyə dövlətinin gələcək siyasətini daha çox sağ milliyyətçilik üzərindən inşa ediləcəyini göstərir. İkinci turda düşünürəm ki, “Cümhuriyyət İttifaqı”nın namizədi Ərdoğanın qalib gəlmə ehtimalı daha real görünür. Həm Sinan Oğan faktoru üzərindən getdikdə, həm də digər ittifaqı son məqsədə birinci mərhələdə nail ola bilməməsi müxtəlif versiyaları, qarşıdurmaları və narazılıqları meydana çıxara bilər".

Məlik Məlikov

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu