Operativ Məlumat Mərkəzi

Ərdoğan Şuşanın İƏT-in mədəniyyət paytaxtı seçilməsinə görə Azərbaycan xalqını təbrik edib

1 dəq
Paylaş:
Ərdoğan Şuşanın İƏT-in mədəniyyət paytaxtı seçilməsinə görə Azərbaycan xalqını təbrik edib
Türkiyə Prezidenti Ərdoğan bərpa olunan enerji sahəsində təcrübə paylaşmağa hazırdır. İƏT zirvəsindəki çıxışı.

Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir: “Əməkdaşlığın artırılması hamımız üçün faydalıdır. İƏT-in 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbulunu dəstəkləyirik”.

Rəcəb Tayyib Ərdoğan Şuşanın 2026-ci il İƏT-in mədəniyyət paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər