Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan Putinlə Ukrayna ilə bağlı söhbətinin təfərrüatlarını açıqladı

2 dəq
Paylaş:
Ərdoğan Putinlə Ukrayna ilə bağlı söhbətinin təfərrüatlarını açıqladı

Türkiyə Prezidenti Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfli görüşün və səmimi atmosferdə baş tutduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “RİA Novosti” agentliyinin məlumatına görə, görüş zamanı əsas müzakirə mövzularından biri Ukraynadakı vəziyyət olub. Ərdoğan tərəflər arasında aparılan danışıqları yüksək qiymətləndirib.

Türkiyə lideri görüşlə bağlı açıqlamasında bildirib: “Biz cənab Putinlə ikitərəfli görüş keçirdik. Bu görüş zamanı, xüsusilə Ukraynadakı hadisələri müzakirə etmək imkanımız oldu və bu, çox məhsuldar bir müzakirə idi. Görüş çox səmimi bir atmosferdə baş tutdu”.

Müzakirələr zamanı Ərdoğan Türkiyənin Ukraynada sülhün bərqərar olunması istiqamətində vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb. Ankara münaqişənin diplomatik yollarla həllinə töhfə vermək niyyətində olduğunu bir daha bəyan edib.

Qeyd edək ki, sentyabrın 1-də Qırğızıstanda keçirilən Şanxay Təşkilatının sammiti çərçivəsində baş tutan Ərdoğan-Putin görüşündə regional gündəmin aktual məsələləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə