Operativ Məlumat Mərkəzi

Ərdoğan Qazaxıstanda TDT-nin X sammitində iştirak edəcək

1 dəq
Paylaş:
Ərdoğan Qazaxıstanda TDT-nin X sammitində iştirak edəcək
bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Toplantı zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-3 noyabr tarixlərində Qazaxıstanda Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək X sammitində iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Toplantı zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər