Ərdoğan Paşinyanla telefon danışığı zamanı müzakirə etdiyi məsələləri açıqlayıb

Ərdoğan Paşinyanla telefon danışığı zamanı müzakirə etdiyi məsələləri açıqlayıb
26.09.2023 14:21
Aa
dəq

"Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcəyik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri bildirib ki, Ermənistandan prosesi uzatmaq əvəzinə güclü iradə nümayiş etdirməsini gözləyir: "Mən bu gözləntiləri sentyabrın 11-də Ermənistanın baş naziri cənab Nikol Paşinyanla telefon danışığımızda da bildirdim. Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək".

R.T.Ərdoğan vurğulayıb ki, biz Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcəyik: "Ümidvaram ki, səfərimiz təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaqdır. Mənə və nümayəndə heyətimə göstərilən müsbət qəbula görə qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etmək istəyirəm".

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu