Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il keçirilməsi gözlənilən seçkilər ərəfəsində yenidən müxalifəti tənqid edib.
"Operativ Məlumat Mərkəzi - OMM" “TRT Haber”ə istinadla xəbər verir ki, o, hakim “Ədalət və İnkişaf” partiyasının (AKP) parlament fraksiyasının toplantısında deyib:
“6 partiyanın ortaq siyasət mətni bu partiyalara ümid bağlayanlar üçün çox kədərləndirici oldu. Bütün kəsimlərə salam, PKK və FETÖ-yə mesaj verirlər. Təkcə əziz millətimizə salam verməyiblər. Yunanıstana da salam verirlər. Türkiyədə müxalifətin məqsədi iqtidar olmaq deyil, müxalifətdə qalmaqdır. Bay Kamala yeni şüarlarını verim: Bay-bay, Kamal”.