Operativ Məlumat Mərkəzi

Ərdoğan Malayziyaya getdi

1 dəq
Paylaş:
Ərdoğan Malayziyaya getdi
bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, Putracaya Beynəlxalq Konqres Mərkəzində Ərdoğana Perak Sultanı Nəzrin Şah tərəfindən fəxri...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər üçün Malayziyanın paytaxtı Kuala-Lumpura gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Putracaya Beynəlxalq Konqres Mərkəzində Ərdoğana Perak Sultanı Nəzrin Şah tərəfindən fəxri doktorluq diplomu təqdim olunacaq.

Ərdoğan “Yeni əsrdə Türkiyə-Malayziya Strateji Əməkdaşlıq” toplantısı çərçivəsində dövlət məmurları və universitet tələbələri qarşısında çıxış edəcək.

Sabah Malayziya baş nazirinin ofisində prezidentin rəsmi qarşılanma mərasimi keçiriləcək. Ərdoğan burada Malayziyanın baş naziri Ənvər İbrahim ilə görüşəcək.

Ərdoğan daha sonra Türkiyə-Malayziya Biznes Forumunda da iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər