Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan və Yaponiya Baş naziri Takaiçi arasında telefon danışığı oldu

2 dəq
Paylaş:
Ərdoğan və Yaponiya Baş naziri Takaiçi arasında telefon danışığı oldu

Türkiyə Prezidenti ilə Yaponiya Takaiçi arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, tərəflər iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Yaponiya ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Xüsusilə müdafiə sənayesi, ticarət və investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı və qlobal gündəmdəki aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ərdoğan İran və ABŞ arasında davam edən gərginliyə toxunaraq, problemin həlli üçün yeganə yolun danışıqlar olduğunu bildirib.

Türkiyə Prezidenti davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan diplomatik səyləri dəstəklədiyini diqqətə çatdırıb.

Rəcəb Tayyib Ərdoğan görüş zamanı ötən ay Yaponiyanın Kumamoto bölgəsində baş verən zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı Takaiçiyə başsağlığı verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə