Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan İsrailə hərbi müdaxilə barədə sərt mesaj verdi

2 dəq
Paylaş:
Ərdoğan İsrailə hərbi müdaxilə barədə sərt mesaj verdi

Prezidenti Rəcəb Tayyib İsrailə qarşı əməliyyatların mümkünlüyü ilə bağlı açıqlama verib və bu, bölgəyə qoşun göndərilməsi ehtimalını gündəmə gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Ərdoğan bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

O bildirib ki, İsrail tərəfindən Fələstin əhalisinin öz torpaqlarından çıxarılmasının qarşısını almaq üçün Türkiyə addımlar ata bilər.

“Qarabağa və Liviyaya girdiyimiz kimi, onlara qarşı da eyni addımı ata bilərik”, – deyə onun sözləri "The Jerusalem Post" tərəfindən sitat gətirilib.

Məlumata görə, bu açıqlama İsrailin Qüds işləri və irs naziri Amiçay Eliyahu tərəfindən sərt şəkildə tənqid olunub. O, Ərdoğanı “imperialist ambisiyaları olan meqaloman diktator” adlandırıb və diplomatik əlaqələrin kəsilməsi çağırışı ilə çıxış edib.

Bundan başqa, şənbə günü Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Benyamin Netanyahunu ABŞ-İran danışıqlarındakı mövqeyinə və Ərdoğana yönəlmiş açıqlamalarına görə tənqid edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax