Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana hərbi yardım göstərmək niyyətini təxribat kimi qiymətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə "Anadolu Agentliyi" məlumat verib.
"Fransanın etdiyi təxribatdır. Bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə pislik edir. Fransa keçmişdə Ermənistana çox dəstək verib. Bunun nəticəsində nə əldə ediblər? Heç nə",- deyə Ərdoğan bildirib.