Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb.
Məlumata əsasən, Ərdoğan Səudiyyə Ərəbistanı səfərindən sonra, Azərbaycana gedəcək və COP29-da iştirak edəcək.