Operativ Məlumat Mərkəzi

Ərdoğan ABŞ-ı Netanyahunu səmimi qarşıladığına görə tənqid edib

1 dəq
Paylaş:
Ərdoğan ABŞ-ı Netanyahunu səmimi qarşıladığına görə tənqid edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında hərbi əməliyyatını davam etdirməsinə beynəlxalq reaksiyadan qəzəblənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, xarici KİV məlumat yayıb.

Onun sözlərinə görə, Fələstin bölgəsində baş verən humanitar fəlakətdə iştirak edən İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-da alqışlanır.

“Bu, ağıl və vicdan tutulmasıdır. Bu nədir? Bunu başa düşmək mümkündürmü? Demokratiya haradadır? Azadlıq haradadır? İnsan hüquqları haradadır?,- deyə Ərdoğan bildirib.

O əlavə edib ki, ABŞ-da Netanyahunun şərəfinə “alqış şənliyi” keçirilib, İsrail isə Vaşinqtonun bəyan etdiyi dəyərləri, o cümlədən insan hüquqlarının müdafiəsini tapdalayır.

Ərdoğan Qəzzada soyqırımın təxminən 10 aya yaxındır davam etdiyini və dayandırılmasının mümkün olmadığını vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər