Əsas məzmuna keç

Epşteynin türk bənzəri köçmək qərarına gəldi

Epşteynin türk bənzəri köçmək qərarına gəldi

Kayserili Rifat Özdemir Ceffri Epşteynlə oxşarlığına görə şəhəri tərk edir. Təzyiqlərdən bezən sakin Ankaraya sığınaraq imicini dəyişmək qərarına gəlib.

en ru

Türkiyənin Kayseri şəhər sakini Rifat Özdemir amerikalı maliyyəçi Epşteynə bənzədiyini deyən insanların reaksiyalarına dözməyərək başqa şəhərə köçmək qərarı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KİV-i məlumat yayıb.

Özdemir sosial mediada paylaşımında bildirib ki, küçədə insanların ona qəribə və xoşagəlməz baxışları həyatını çətinləşdirib. Onun sözlərinə görə, vəziyyət artıq dözülməz həddə çatıb

“Bütün bunlardan, yoldan keçənlərin baxışlarından bezmişəm. Ankaraya gedirəm, səs-küy kəsilənə qədər bir həftə evdən çıxmayacağam”, – deyə Özdemir qeyd edib.

O əlavə edib ki, son dövrlər küçədə rastlaşdığı insanların münasibəti həyatını demək olar ki, kabusa çevirib.

Xarico medianın məlumatına görə, Rifat Özdemir həmvətənlərindən onu Ceffri Epşteynlə müqayisə etməməyi xahiş edib. Bildirilib ki, o, bu oxşarlığı aradan qaldırmaq üçün saç düzümünü dəyişdirməyi və saqqal saxlamağı planlaşdırır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…