"Fənərbaxça" forması geyinən Youssef En-Nesyri daha bir klubun maraq dairəsinə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu üçün "West Ham" mübarizəyə qoşulub.
"West Ham"in baş məşqçisi Julen Lopetegui "Sevilla"da birlikdə çalışdığı En-Nesyrinin transfer edilməsini istəyib.
Danny Ingsi satmağı planlaşdıran və alman hücumçu Niclas Füllkrugdan zədəsi səbəbindən faydalana bilməyən "West Ham" hücumçu böhranı yaşayır.
"Fənərbaxça"nın yay transfer dövründə "Sevilla"dan heyətinə qatdığı 27 yaşlı Youssef En-Nesyri İstanbul klubu ilə çıxdığı 18 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.