Operativ Məlumat Mərkəzi

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə 19,3 milyon manat vəsait ödəyib

1 dəq
Paylaş:
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə 19,3 milyon manat vəsait ödəyib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin 7 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 418 yeni icarə...

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin 7 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 418 yeni icarə müqaviləsi bağlanılıb.

Dövlət Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,6 milyon manat vəsait ödənilib.

Cari ilin yanvar-iyul aylarında 1.497 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 15,7 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2023-cü ilin yanvar-iyul ayları ərzində 1915 yeni icarə müqaviləsi bağlanılıb. Bu ilin yanvar-iyul ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub və proqnoza 147,7 faiz əməl edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər