Nazir: "ADU TOP 500 universitet arasına düşə bilməz"

Nazir: "ADU TOP 500 universitet arasına düşə bilməz"
22.02.2023 13:35
Aa
dəq

2026-cı ilə qədər Azərbaycanın ən azı 3 ali təhsil müəssisəsinin dünyanın top 800-lük reytinqində olan universitetlərinin ilk siyahısına düşməsi hədəf kimi müəyyənləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev deyib ki, bu rəqəm proqnoz deyil hədəfdir.

O qeyd edib ki, bununla bağlı daim təhlillər aparılır: "Misal olaraq, Azərbaycan Dillər Universitetinin top 500 siyahısına düşməsi mümkündürmü? Xeyr, mümkün deyil. Çünki həmin universitetdə spesifik sahəyə yönəlik təhsil verilir. Bu gün top 500-ə düşən universitetin mütləq qaydada tibb, təbiət elmləri sahəsinə aid fakültələri olmalıdır. Bu olmadan top 500-lük siyahıya düşmək o qədər də real deyil. Bu, 2026-cı ilə qədər nəzəri mümkün olsa da, praktiki mümkün deyil. Bunun üçün kifayət qədər maliyyə vəsaiti də lazımdır. Bu istiqamətdə Maliyyə Nazirliyi ilə səylərimizi koordinasiya etmişik".

Nazir söyləyib ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin həmin siyahıya düşməsini hədəf kimi müəyyənləşdiriblər: "Həmin universitetlərlə bağlı təhlil aparanda görürük ki, hazırki vəziyyətlə 2026-cı ilə qədər addım-addım gedəriksə,hədəfimizə çatarıq".

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu