Ölkəmizdə fəaliyyət göstərən 4200-ə qədər məktəbin 90 faizi son 20 ildə ya tikilib, ya da əsaslı təmir olunub. Bəzi qəzalı məktəblər üzrə isə işlər mərhələli şəkildə davam etdirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda prioritet böyük və daha çox şagirdi əhatə edən məktəblərin təmiri və yenidən qurulmasıdır.
Nazirin sözlərinə görə, kiçik məktəblər üçün modul tipli binaların tikintisi həyata keçirilir. Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur.