Operativ Məlumat Mərkəzi

Əməkdar incəsənət xadimi Cəmil Fərəcov vəfat edib

1 dəq
Paylaş:
Əməkdar incəsənət xadimi Cəmil Fərəcov vəfat edib
Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib. Bu barədə "Operativ Məlumat Mərkəzi -...

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə ittifaqdan məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.

Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər