"Tesla" və "SpaceX"-in baş direktoru Elon Mask,l süni intellekt ChatGPT-nin yaradıcısı OpenAI və şirkətin baş direktoru Sam Altmana qarşı məhkəməyə müraciət edərək, süni intellektin bəşəriyyətin xeyrinə inkişaf etdirilməsi üzrə təsisçilik missiyalarından mənfəət əldə etmədən imtina etdiklərini iddia edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Şikayət ərizəsində, OpenAI-nin həmtəsisçisi Maskın 2018-ci ildə şirkətin direktorlar şurasından istefa verdiyi, lakin təsis müqaviləsi əsasında OpenAI-ya töhfə verməyə davam etdiyi və şirkət haqqında yenilikləri Altmandan aldığı bildirilib.
Müraciətdə iddia edilirdi ki, OpenAI öz internet saytında müqaviləsinin “süni intellektin bütün bəşəriyyət üçün faydalı olmasını təmin etmək üçün” olduğunu bəyan edib, lakin əslində OpenAI dünyanın ən böyük texnologiya şirkəti olan Microsoft-un törəmə şirkəti olub.
Müraciətdə şirkətin bəşəriyyətin xeyrinə deyil, Microsoft-un gəlirlərini maksimuma çatdırmaq üçün süni intellekt hazırladığı vurğulanıb və OpenAI-nin Microsoft-un mənfəətini maksimuma çatdırmağa diqqət yetirməsinin müqaviləni pozduğu qeyd edilib.
MEDİA məlumat yaydı
09 Dekabr 2024