Əsas məzmuna keç

Əlillərə verilən avtomobillərin satılması və bağışlanması qadağan olunub

Əlillərə verilən avtomobillərin satılması və bağışlanması qadağan olunub

Əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə...

Əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Belə ki, sənədə yeni bənd əlavə olunub. Qeyd edilib ki, bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.

Qaydanın 3.14-cü bəndi isə belədir: Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…