Operativ Məlumat Mərkəzi

Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib

1 dəq
Paylaş:
Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib
bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik...

Baş nazir Əli Əsədov Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər