Əsas məzmuna keç

Əli Əsədov SpaceX şirkətinin prezidenti ilə görüşüb

Əli Əsədov SpaceX şirkətinin prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın “Space Exploration Technologies Corporation” (SpaceX) şirkətinin prezidenti...

Azərbaycanın Baş naziri mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın “Space Exploration Technologies Corporation” () şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanda Starlink internet xidmətlərinin göstərilməsi ilə bağlı SpaceX şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulandı.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən , distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırıldı.

şəhərinin cari ilin oktyabr ayında keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirildi.

Görüşdə ilə SpaceX şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…