Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
15.07.2024 17:00
Aa
dəq

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir olunub.

Hazırda icra olunan layihələrin gedişi, həmçinin Dünya Bankının fəaliyyət istiqamətlərinə və Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq bankın 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan ilə Dünya Bankı arasında bir sıra sahələrdə, o cümlədən COP29 çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu