Eldəniz Səlimov əfv üçün müraciət edib? - Rəsmi açıqlama

Eldəniz Səlimov əfv üçün müraciət edib? - Rəsmi açıqlama
13.02.2023 11:59
Aa
dəq

Milli Məclisin həbsdə olan sabiq deputatı Eldəniz Səlimov azadlığa buraxılmasını istəyir. Eks-deputatın bu məqsədlə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanladığı bildirilir.

"Operativ Məlumat Mərkəzi - OMM" Modern.az-a istinadən xəbər verir ki,bunu  Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Sabiq deputatın əfv üçün müraciət edib-etmədiyini soruşub.

Komissiya üzü bildirib ki, bununla bağlı məlumat ictimaiyyətə açıqlanmır:

“Əfv komissiyasına daxil olan müraciətlər və onun müəllifləri şəxsi məlumatlar kateqoriyasına aid olduğundan bu baradə məlumatlar açıqlanmır. Həmin məlumatları yalnız müraciət edən şəxslər özləri açıqlaya bilərlər”.

Xatırladaq ki, E.Səlimov 2021-ci ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Faktla bağlı Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, E.Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib. E.Səlimovun Z.Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu