Əsas məzmuna keç

Eldar Əzizov yağışın fəsadları ilə bağlı müşavirə keçirdi

Eldar Əzizov yağışın fəsadları ilə bağlı müşavirə keçirdi

Paytaxtdakı leysan fəsadları: Nizami, Xəzər və Sabunçuda işlər təqdir edildi. Gecəqondu problemi və 30 mart iməcliyi haqqında mühüm detallar burada.

en ru

Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, icra başçısı Əzizovun sədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlər, onların daha da gücləndirilməsi, su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsi məsələləri müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı , və Sabunçu rayonlarında görülən işlər müsbət hesab edilib, eyni zamanda, bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı qeyd edilib.

Aparılan monitoriqlərin nəticələri kimi yağışdan ən çox zərər çəkən vaxtı ilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib və ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında Rayon İcra Hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirirlib.

Müşavirədə martın 30-da paytaxtda təmizliklə bağlı genişmiqyaslı ümumşəhər daxili iməcliyin keçirilməsi qərara alınıb.

Toplantıda yağışın fəsadlarının aradan qaldırılması işlərində şəhərin kommunal-təsərrüfat qurumları, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyəti təqdirəlayiq hesab edilib və bu işlərin daha da genişləndirilməsi qərara alınıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…