Əlahiddə Ümumqoşun Orduda Silahlı Qüvvələr Günü qeyd olunub

Əlahiddə Ümumqoşun Orduda Silahlı Qüvvələr Günü qeyd olunub
26.06.2023 19:57
Aa
dəq

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib.

Azərbaycan Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikləri şəxsi heyətə çatdırılıb.

Təbriklər oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirlərdə xüsusi təyinatlı bölmələrin şəxsi heyəti döyüş bacarıqlarını və fiziki dözümlülüklərini nümayiş etdiriblər.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar birləşmə, hissə və bölmələrdə bayram süfrələri təşkil olunub və muxtar respublikanın mədəniyyət kollektivləri hərbi qulluqçuların qarşısında konsert proqramları ilə çıxış edib.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
DAVAMIN OXU davamın oxu