Ekvadorda güclü zəlzələ baş verib - YENİLƏNİB

Ekvadorda güclü zəlzələ baş verib - YENİLƏNİB
19.03.2023 06:26
Aa
dəq

Ekvadorun cənubunda şənbə günü baş verən 6,9 maqnituda gücündə zəlzələ nəticəsində azı 126 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məlumatları Ekvadorun Risk və Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Xidməti özünün tvitterdəki səhifəsində yayıb.

Qeyd edilir ki, ölənlərin sayı 13 nəfərə çatıb. Rəsmilərin məlumatına görə, 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7-si tamamilə dağılıb, 17 təhsil müəssisəsinin və 31 tibb məntəqəsinin binasına da ziyan dəyib.

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 85 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar ölkənin 24 əyalətindən 13-də hiss olunub.

23:56 ***

Ekvadorda səhər saatlarında baş verən 6,7 bal maqnitudalı zəlzələ nəticəsində ən azı üç nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən xəbər verir.

"El Universo" qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb. 

Qeyd olunur ki, ölkənin qərbində bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

22:50***

Ekvadorda 6,7 ​​bal maqnitudada zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 6,9 bal gücündə olduğunu bildirmişdi.

Həftənin ən çox oxunanları

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb
DAVAMIN OXU davamın oxu

Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olmasının vaxtını açıqlayıb

Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olmasının vaxtını açıqlayıb
DAVAMIN OXU davamın oxu

İndoneziyada 5,6 bal maqnitudalı zəlzələ olub

İndoneziyada 5,6 bal maqnitudalı zəlzələ olub
DAVAMIN OXU davamın oxu

Rusiya F-16-nı araşdırarkən ABŞ NATO-ya təhlükə barədə xəbərdarlıq edib

Rusiya F-16-nı araşdırarkən ABŞ NATO-ya təhlükə barədə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

ABŞ İsrailin Livana hücum etməsindən ehtiyat edir

ABŞ İsrailin Livana hücum etməsindən ehtiyat edir
DAVAMIN OXU davamın oxu