Operativ Məlumat Mərkəzi

Ekvadorda Britaniyanın fəxri konsulu qaçırılıb

1 dəq
Paylaş:
Ekvadorda Britaniyanın fəxri konsulu qaçırılıb

Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq qaçırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Oğurluq şənbə günü səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.

Öz növbəsində Ekvador polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib ki, “bu səhər tezdən Los Riosda iş adamına qarşı baş vermiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir”.

Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər