Operativ Məlumat Mərkəzi

Ekvadorda 15 min insan daşqınlardan zərər çəkib

1 dəq
Paylaş:
Ekvadorda 15 min insan daşqınlardan zərər çəkib
ölkənin şimal-qərbindəki Esmeral şəhərində leysan yağışlar daşqınlara səbəb olub. Prezidentin Rabitə Baş Katibliyindən verilən açıqlamada 15 min ailənin...

Ekvadorda leysan yağışların səbəb olduğu daşqınlardan 15 min insanın zərər çəkdiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimal-qərbindəki Esmeral şəhərində leysan yağışlar daşqınlara səbəb olub.

Prezidentin Rabitə Baş Katibliyindən verilən açıqlamada 15 min ailənin daşqınlardan zərər çəkdiyi, 842 nəfərin müvəqqəti sığınacaqlara aparıldığı, 1467 nəfərin isə mülki müdafiə qrupları tərəfindən xilas edildiyi bildirilib.

Açıqlamada leysan yağışlar səbəbindən indiyədək 2 min 895 evin zərər gördüyü, 1 aylıq yağıntının 12 saat ərzində düşdüyü qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər