Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Alyaskada 8 nəfərin olduğu təyyarə qəzaya uğradı - YENİLƏNİB

2 dəq
Paylaş:
Alyaskada 8 nəfərin olduğu təyyarə qəzaya uğradı - YENİLƏNİB

Çarter təyyarəsinin Alyaskanın qərbindəki uzaqmənzilli radiolokasiya stansiyasında qəzaya uğraması nəticəsində onun göyərtəsində olan səkkiz nəfər (iki və altı sərnişin) həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə " Press" Alyaska bölməsinin komandanı, ABŞ Hava Qüvvələrinin general-leytenantı Robert Devisin açıqlamasına istinadən məlumat yayıb.

Radiolokasiya stansiyası Sakit okean regionu Hərbi Hava Qüvvələrinin Regional Dəstək Mərkəzinin idarəçiliyindədir. O, Alyaskanın hava məkanında və onun sərhədləri boyunca fəaliyyət göstərən təyyarələri izləyən uzaqmənzilli radiolokasiya stansiyaları şəbəkəsinin bir hissəsidir.

***

ABŞ-ın Alyaska ştatının qərbində göyərtəsində səkkiz nəfərin təyyarə qəzaya uğrayıb.

“Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizliyi Şurası (NTSB) məlumat yayıb.

Qeyd olunub ki, təyyarədə iki pilot və altı sərnişin olub.

Məlumata əsasən, təyyarə Ankoric şəhərindən havaya qalxıb və Kap Nyuenhem ərazisində qəzaya uğrayıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Təyyarədə olan şəxslərin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

Qəzanın səbəbləri və digər təfərrüatlar araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə