Operativ Məlumat Mərkəzi

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

1 dəq
Paylaş:
Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb
bu barədə yerli administrasiya məlumat yayıb. Bildirilib ki, insident əyalətin şimal ərazisində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun...

Əfqanıstanın Samanqan əyalətində ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” terrorçularına məxsus hərbi helikopter qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilib ki, insident əyalətin şimal ərazisində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun elektrik xəttinin dayağı ilə toqquşması olub. “Taliban”ın Samanqandakı nümayəndəsi insident zamanı həlak olanlar barədə bilgi verməyib. Bununla belə, əyalətin güc strukturlarındakı mənbələr telekanala göyərtədəki hər iki pilotun öldüyünü bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər