Əsas məzmuna keç

Əfqanıstanda güclü zəlzələdə ölənlərin sayı 800-ü ötüb, 2700-dən çox yaralı var - YENİLƏNİB-3

Əfqanıstanda güclü zəlzələdə ölənlərin sayı 800-ü ötüb, 2700-dən çox yaralı var - YENİLƏNİB-3

bu barədə Talibanın hökumət sözçüsü bildirib. Qeyd edilib ki, zəlzələ nəticəsində 2700-dən çox yaralı var. *** Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Əfqanıstanda baş verən nəticəsində ölənlərin sayı 800-ü .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Talibanın hökumət sözçüsü bildirib.

Qeyd edilib ki, zəlzələ nəticəsində 2700-dən çox yaralı var.

Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.

Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş 6 bal gücündə zəlzələ azı 250 nəfərin həyatına son qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.

Cəlalabaddan 27 kilometr şimal-şərqdə baş vermiş zəlzələ yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Yerli mətbuat zəlzələ nəticəsində azı 250 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını açıqlayıb.

Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticəsində iki nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.

"Əfqanıstanın şərqində baş vermiş 6,0 bal gücündə zəlzələ zamanı binanın uçması nəticəsində iki uşaq ölüb, azı 15 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…