Operativ Məlumat Mərkəzi

Əfqanıstanda daşqınlar nəticəsində 311 nəfər ölüb

1 dəq
Paylaş:
Əfqanıstanda daşqınlar nəticəsində 311 nəfər ölüb
bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bildirib. Xatırladaq ki, daha əvvəl təbii fəlakət sonucunda ölənlərin sayı 300-ü keçdiyi deyilsə də,...

Əfqanıstanın şimal-şərqindəki Bəğlan əyalətində daşqınlar nəticəsində azı 311 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bildirib.

Xatırladaq ki, daha əvvəl təbii fəlakət sonucunda ölənlərin sayı 300-ü keçdiyi deyilsə də, dəqiq rəqəm açıqlanmamışdı.

Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü AFP-yə 2 000-dən çox evin dağıldığını söyləyib. Agentliyə görə, ölkənin şimal-şərqində axtarış-xilasetmə işləri davam edir.

Mayın 10-da Əfqanıstanda güclü yağışlar nəticəsində daşqınlar baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər