Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Türkiyə və Gürcüstan rəsmiləri ilə görüşüb

2 dəq
Paylaş:
Ceyhun Bayramov Türkiyə və Gürcüstan rəsmiləri ilə görüşüb

24 fevralda Azərbaycanın naziri regionda üçtərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə mühüm görüş keçirib. Nazir, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat OktayGürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata əsasən, görüşdə –Türkiyə müttəfiqliyiAzərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər həmçinin geniş regiondakı məsələlərinə xüsusi diqqət yetiriblər.

Görüş zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasının münasibətlərə yeni təkan verdiyi məmnunluqla qeyd edilib.

Tərəflər bəyan ediblər ki, parlamentlərlə yanaşı, və müdafiə nazirləri səviyyəsindəki üçtərəfli əməkdaşlıq formatları regionda sülh, sabitlik və rifahın təmin olunmasında həlledici rol oynayır. Müzakirələrin əsas gündəliyində enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və strateji əhəmiyyətli Orta Dəhlizin inkişafı kimi mövzular yer alıb.

Görüşdə həmçinin post-münaqişə dövründə regionda davamlı sülhün təmin edilməsi və bu prosesdə parlament diplomatiyasının rolu ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov həmkarlarını Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə məlumatlandırıb, rəsmi Bakının atdığı addımları və gözləntiləri diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax