DYP qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

DYP qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
13.01.2024 10:23
Aa
dəq

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hazırda ölkə ərazisində küləklə müşahidə olunan hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

BDYPİ-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırır:

"Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan təcrübəsiz sürücülərin həmin ərazilərdə avtomobil idarə etməkdən çəkinməsi, belə bölgələrdə idarə olunan avtomobillərin mövsümə uyğun şinlərlə təchiz edilməsi tövsiyə olunur.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara səslənərək onlardan əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağı, yol hərəkəti qaydalarına sözsüz əməl etməyi xahiş edir", məlumatda bildirilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu