Əsas məzmuna keç

DYP həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

DYP həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib....

Həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət

DİN-in Baş Dövlət İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

Əlverişsiz müşahidə olunur

"Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.

DYP-nin sürücülərə çağırışı

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz hava şəraitində daha diqqətli olmağa, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz vasitələri ilə yola çıxmaqdan çəkinməyə, və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır!"

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…