Əsas məzmuna keç

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Baş Dövlət İdarəsi ilə bağlı sürücülərə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, DYP mövcud hava şəraitinin mövsümə uyğun olsa da, yollarda təhlükəyə səbəb ola biləcəyini qeyd edib.

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvar ayının 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Hazırda paytaxt ərazisində müşahidə olunan dumanlı hava şəraitini, eləcə də ​ gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalını nəzərə alaraq, hərəkət iştirakçılarıdan yollarda diqqətli olmalarını xahiş edirik.

Səfərə çıxan sürücülərə, xüsusilə sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə həftənin şənbə və bazar günləri yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…