Operativ Məlumat Mərkəzi

DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib

1 dəq
Paylaş:
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. "Operativ...

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan müraciətdə bildirilib ki, yola çıxarkən ehtiyatlı olmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçmək, külək tutan açıq ərazilərdə ehtiyatlı olmaq, yağışlı havada daha çox ara məsafəsi saxlamaq, qəfil manevr və ya kəskin tormazlama etməmək lazımdır.

İdarə qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.

Qeyd edək ki, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər